Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və Slovakiya yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.
İdman.biz xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.
Portuqaliyalı mütəxəssis oktyabrın 7-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:
1 | Mehdi Cənnətov | Sumqayıt |
2 | Rza Cəfərov | Neftçi |
3 | Aydın Bayramov | Zirə |
4 | Bəhlul Mustafazadə | Qarabağ |
5 | Abbas Hüseynov | Qarabağ |
6 | Qismət Alıyev | Zirə |
7 | Rahil Məmmədov | Radomiak Radom, Polşa |
8 | Zamiq Əliyev | “Eqnatia”, Albaniya |
9 | Bədavi Hüseynov | Qarabağ |
10 | Anton Krivotsyuk | Daejeon Hana Siti, Cənubi Koreya |
11 | Şəhriyar Əliyev | Turan Tovuz |
12 | Elvin Cəfərquliyev | Qarabağ |
13 | Coşqun Diniyev | Bandırmaspor, Türkiyə |
14 | Elvin Camalov | Sabah |
15 | Aleksey İsayev | Qarabağ |
16 | Xəyal Nəcəfov | Turan Tovuz |
17 | Ceyhun Nuriyev | Zirə |
18 | Emin Mahmudov | Neftçi |
19 | Toral Bayramov | Qarabağ |
20 | Ozan Can Kökçü | HJK, Finlandiya |
21 | Rüstəm Əhmədzadə | Zirə |
22 | Ramil Şeydayev | Neftçi |
23 | Mahir Emreli | Nürnberq, Almaniya |
24 | Renat Dadaşov | Ankaragücü, Türkiyə |