RU

Almaniya və Avstriya səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Almaniyanın səfirləri Markus Petzel və Avstriyanın Ditrix Heym İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Mehr agentliyi məlumat yayıb.

“Almaniya səfiri Markus Petzel və Avstriya səfiri Ditrix Heim fərdi qaydada Xarici İşlər Nazirliyinə çağırılıb”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu qərar İsrailə raket hücumu ilə bağlı İranın Almaniya və Avstriyadakı səfirlərinə edilən oxşar zənglərdən sonra verilib.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyi İsrailin istənilən təcavüzünə qəti cavab vəd etmişdi.

Mənbə Mehr agentliyi

Избранный
21
2
dogru.az

3Источники