RU

Avropa Liqası: "Qarabağ" məğlub oldu - VİDEO - FOTOLAR

-------
​22:46
 
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
 
Moderator.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda İsveçin "Malmö" klubunu qəbul edib.
 
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 1:2.
 
Qarşılaşmanın 15-ci dəqiqəsində Juniniyonun qolu ilə "Qarabağ" hesabı açıb. Bundan cəmi 4 dəqiqə sonra İsveç təmsilçisinin hücumçusu Erik Botheym fərqlənərək bərabərliyi təmin edib. Görüşün 47-ci dəqiqəsində isə E.Botheym komandasının qələbə qoluna imza atıb.
 
Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin III turunda Niderlandın "Ayaks" komandası ilə üz-üzə gələcək. Bu oyun oktyabrın 24-də keçiriləcək.
 
-------
​21:51
 
"Qarabağ" (Azərbaycan) - "Malmö" (İsveç) - 1:2 (İkinci hissə)
 
Qollar: Olaviyo Juninyo, 15 (1:0), Erik Botheym, 20 (1:1), 47 (1:2)
 
-------
​21:08
 
19-cu dəqiqəsində "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.​
 
-------
21:00
 
"Qarabağ" Juninyonun 15-ci dəqiqədə vurduğu qol sayəsində hesabı açdı - 1:0.
 
---------
 
Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti avrokubok oyununu keçirəcək.
 
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Ağdam klubu Avropa Liqasında Liqa mərhələsinin II turunun matçına çıxacaq.
 
Qurban Qurbanovun yetirmələri İsveç "Malmö"sü ilə üz-üzə gələcəklər. Təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Birinci turda "Tottenhem"ə 0:3 hesabı ilə uduzan Ağdam klubu ilk xallarını qazanmaq üçün mübarizə aparacaq.
 
Qeyd edək ki, "Qarabağ" növbəti oyununu oktyabrın 24-də keçirəcək. 11 qat ölkə çempionumuz III turda Niderland təmsilçisi "Ayaks"ı qəbul edəcək.
 
Avropa Liqası
Liqa mərhələsi, II tur
3 oktyabr
20:45. "Qarabağ" - "Malmö" - 0:0
 
Baş hakim: Anastasios Papapetrou (Yunanıstan)
 
"Qarabağ": 97. Fabian Buntiç, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir (k), 66. Patrik Andrade, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
 
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai
 
Baş məşqçi: Qurban Qurbanov
 
"Malmö": 27. Yohan Dahlin, 17. Yens Streger, 18 Pontus Yansson, 19. Kolin Rösler, 20, Erik Botheim, 25. Qabiel Busanello, 10. Andreas Kristansen (k), 8. Serxio Pena, 23. Lasse Berq Yonson, 16. Oliver Berq, 9. İsaak Kiese Telin,
 
Ehtiyat oyunçular: 1. Rikardo Friedrix, 35. Soren Rieks, 7. Otto Rozenqren, 14. Sebastyan Yorgensen, 13. Martin Olsson, 38. Uqo Bohlin, 22. Taha Ali, 32. Daniel Qudyonsen. 37. Adrian Skoqmar, 35. Nils Zatterstörm, 34. Zakaria Lukili
 
Baş məşqçi: Henrik Ridström
Tofiq Bəhramov adına Respublika stadionu
 

Избранный
4
6
moderator.az

10Источники