AZ

“Qarabağ” “Malmö” ilə ev oyununda xalsız qaldı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində “Malmö” ilə qarşılaşıb.

Arena.az xəbər verir ki, Ağdam klubu İsveç təmsilçisi ilə Bakıda üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edib.

Hər iki komanda Avroliqanın Liqa mərhələsinə uğursuz start vermişdi. Azərbaycan çempionu səfərdə İngiltərənin “Tottenhem” komandasına 0:3 hesabıyla uduzmuşdu. “Malmö” isə doğma meydanda Şotlandiya “Reyncers”inə məğlub olmuşdu – 0:2.

Bu komandaların Bakıdakı görüşündə hesabı meydan sahibləri açıblar. Amma İsveç təmsilçisi Erik Botheymin dublu sayəsində bu oyunu əzmkar qələbə ilə başa vurub.

Avropa Liqası
Liqa mərhələsi, 2-ci tur
3 oktyabr

Qarabağ – Malmö 1:1
Qollar: Olavio Juninyo, 15 – Erik Botheym, 19; 47.
Hakimlər: Anastasios Papapetru, Trifon Petropulos, İordanis Aptosoqlu, Aleksandros Tsakalidis (hamısı Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 97. Fabian Buntiç, 6. Julio Romao (8. Marko Yankoviç, 69), 7. Yassin Benzya, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə (55. Bədavi Hüseynov, 68), 15. Leandro Andrade (27. Toral Bayramov, 68), 18. Olavio Juninyo, 30. Abbas Hüseynov (11. Emmanuel Adday, 77), 44. Elvin Cəfərquliyev, 66. Patrik Andrade, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 99. Mateuş Koxalski, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Malmö: 27. Yohan Dahlin (1. Rikardo Fridrix, 46), 8. Serxio Pena (7. Otto Rozenqren, 79), 9. İsaak Kyese Telin (4. Soren Rieks, 90), 10. Anders Kristiansen (k) (36. Huqo Bolin, 62), 16. Oliver Berq, 17. Yens Striger, 18. Pontus Yansson, 19. Kolin Röster, 20. Erik Botheym (22. Taha Ali, 90), 23. Lasse Berq Yonsen, 25. Qabriel Busanello.
Ehtiyat oyunçular: 30. Yoakim Persson, 13. Martin Olsson, 14. Sebastyan Yorgensen, 32. Daniel Qudyonsen, 34. Zakaria Lukili, 35. Nils Zattersrom, 37. Adrian Skoqmar.
Baş məşqçi: Henrik Ridström.

Seçilən
3
9
arena.az

10Mənbələr