RU

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar (FOTO)

Bakı, TurkicWorld

"İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi" mövzusundakı beynəlxalq konfransın iştirakçıları Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər edib.

TurkicWorld xəbər verir ki, onlar Şuşa şəhərinin mərkəzi meydanı, Xurşidbanu Natəvanın evi və Xan qızı bulağı olan ərazi, qala divarları ilə tanış olublar.

Qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti, şəhərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib.

Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Qonaqlar həmçinin ötən il Şuşa həbsxanasının ərazisində aşkarlanmış kütləvi məzarlığın aşkarlandığı əraziyə də baş çəkiblər.

Bildirilib ki, ötən il bu ərazidə 31 nəfərə aid olması ehtimal edilən insan qalıqları aşkarlanıb: "Bir-birinin üzərində tapılmış qalıqların üzərində zədə izləri varıydı. Toplanmış materiallar faklta təsdiq edirdi ki, buradakı insanlara çoxsaylı işgəncələr verilib və onlarla qeyri-insani rəftar edilib".

Qeyd edək ki, oktyabrın 2-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin "həqiqəti bilmək" hüququnun dəstəklənməsi" mövzusunda növbəti beynəlxalq konfrans təşkil olunub.

Избранный
6
8
turkic.world

10Источники