RU

Narışkin: “Rusiya Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almasını dəstəkləyir”

"Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS ilə qarşılıqlı fəaliyyətinin intensivləşdirilməsini alqışlayır və dəstəkləyir. Bu təşkilatlar artıq dünyada nüfuzlu və hörmətlidir. Fikrimcə, beynəlxalq təşkilatlarla daha sıx qarşılıqlı əlaqə, təbii ki, Azərbaycanın özünə də fayda verəcək, o cümlədən iqtisadi və siyasi dividendlər gətirəcək".

Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıda jurnalistlərə açıqlamasında deyib.

"Rusiya, əlbəttə ki, Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almasını və bu ölkə ilə BRİKS dövlətlər qrupu arasında daha sıx qarşılıqlı əlaqəni alqışlayır və dəstəkləyir. Azərbaycan bunu çox gözəl bilir. Ölkələrimizin, Rusiya və Azərbaycanın çoxtərəfli formatda qarşılıqlı fəaliyyət üçün əlavə platforması yaranır və təbii ki, biz yuxarıda qeyd olunan təşkilatların ümumi nizamnamə məqsədlərini həyata keçirəcəyik", - deyə Narışkin qeyd edib.

Bizim.Media

Избранный
6
2
bizim.media

6Источники