Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti (İSS) ölkədə Yandex, Rutube və Zen xidmətlərinin bloklanmasına göstəriş verib. Bu barədə Moldovanın Orange provayderi məlumat yayıb. Şirkətin bildirdiyinə görə, ISS-nin tələbi ilə provayder istifadəçilərin beş resursuna girişini bloklayıb: iki Moldova saytı, həmçinin Rutube, Yandex və Zen.
Bundan əvvəl məlum olub ki, Moldova RİA Novosti-nin prezident seçkiləri üçün akkreditasiyadan imtina edib. Respublika Xarici İşlər Nazirliyi bunu adı açıqlanmayan “milli qanunvericiliyin müddəaları” ilə izah edib.