RU

Gürcüstan MSK parlament seçkilərinin gedişini izləmək üçün Azərbaycandan nümayəndə heyəti dəvət edib

Gürcüstan

Tbilisi, 3 oktyabr, AZƏRTAC

Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin gedişini izləmək üçün bir sıra ölkələrdən, o cümlədən Azərbaycanda da nümayəndə heyəti dəvət olunub.

Bu barədə AZƏRTAC-a Gürcüstan Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Bildirilir ki, bununla bağlı Azərbaycan Mərkəzi Seçki Komissiyasına dəvət məktubu göndərilib.

Qeyd olunub ki, Azərbaycan MSK-nın üzvləri ilə yanaşı, Azərbaycan parlamentinin deputatlarının da müxtəlif beynəlxalq təşkilatların müşahidə missiyalarının tərkibində Gürcüstana gələcəyi gözlənilir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Избранный
28
1
azertag.az

2Источники