Tbilisi, 3 oktyabr, AZƏRTAC
Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin gedişini izləmək üçün bir sıra ölkələrdən, o cümlədən Azərbaycanda da nümayəndə heyəti dəvət olunub.
Bu barədə AZƏRTAC-a Gürcüstan Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
Bildirilir ki, bununla bağlı Azərbaycan Mərkəzi Seçki Komissiyasına dəvət məktubu göndərilib.
Qeyd olunub ki, Azərbaycan MSK-nın üzvləri ilə yanaşı, Azərbaycan parlamentinin deputatlarının da müxtəlif beynəlxalq təşkilatların müşahidə missiyalarının tərkibində Gürcüstana gələcəyi gözlənilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi