Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Bakı şəhəri ərazisində aksiz markası olmayan siqaretlərin realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsindən aia.az-a bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən, qeydiyyatda olduğu fərdi yaşayış evindən və ofisindən Azərbaycan aksiz markası ilə markalanmayan 142 min 380 ədəd siqaret aşkar edilib.