RU

Heydər Əliyev irsi: Müstəqil dövlətçilik və müasirlik

1990-cı illərin əvvəllərində yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanda hakimiyyət boşluğu dövlətçiliyin itirilməsi həddinə gətirib çıxartmışdı. Respublikamızda milli qarşıdurma təhlükəsinin yarandığı bir vaxtda xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı.

Oktyabrın 3-nə təyin olunmuş prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Dahi Lider 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, fa¬ciə¬lə¬rdən qorudu, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin düsturunu müəyyənləşdirdi. Ümummilli Lider Heydər Əliyevin andiçmə mərasimində dediyi kəlamlar onun Azərbaycana xidmətini ümumiləşdirib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstə¬ri¬lən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliy¬yə¬timi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra müstəqil Azərbay¬ca¬nın hüquqi və siyasi-iqtisadi inkişafının təmin olunması prosesi əsaslı şəkildə başlandı, ölkə¬də ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin işlər aparıldı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respubli¬ka¬mızın sosial-iqtisadi yüksəlişi istiqamətində mühüm tədbir¬lər həyata keçirildi. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təh¬lü¬kə¬sindən xilas oldu, müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quru¬cu¬luğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.
Heydər Əliyevin fenomenal insan olduğunu Dahi Liderin siyasi uzaqgörənliyi, fitri istedadı, müdrikliyi, məntiqli qərarlar qəbul etmə məharəti, qətiyyəti, siyasi iradəsi, dərin zəkası, ensik¬lo¬pedik biliyə, geniş dünyagörüşə malik olması, həmişə milli maraqlara əsaslan¬ası təsdiqləyir. Dünya siyasətçiləri Ulu Öndər Heydər Əliyevin dərin məntiqini, natiqlik məharətini, auditoriya ilə ünsiyyət qurmaq səriştəsini yüksək dəyərləndirir. Ulu Öndər Heydər Əliyev dövlət qurucu¬lu¬ğu prosesini yaradıcısı olduğu azərbaycançılıq ideologiyası ilə həyata keçirdi. Dünyanın nəhəng dövlətlərinin başçıları da Dahi Lider Heydər Əliyevin mülahizələrinin gerçəkliyi ifadə etdiyini, problemlərə dərindən bələdliyinə görə qəbul etdiyi qərarların qətiyyətliyini etiraf edir.
Heydər Əliyevin böyük təcrübəsi və müdrikliyi sayəsində Azərbaycan qısa müddətdə xarici siyasətdə böyük uğurlara nail oldu, dün¬yanın apa¬rıcı dövlətləri və beynəlxalq təşkilatlarla geniş əlaqələr quruldu. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azər¬baycanın dünya iqtisadi sistemində yerini müəyyənləşdirdi. 1994-cü ilin sentyabrın 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.
1995-ci ilin 12 noyabrında Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan, ümumxalq səs¬ver¬məsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tari¬xin¬də hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasını əsaslandırdı. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstə¬qil¬liyinin möhkəmlən¬di¬rilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi ilə ölkənin dünya birliyinə inteqrasiyası təmin edildi. Böyük İpək yolu bərpa olundu, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi yaradıldı, Xəzə¬rin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələri səmərəli şəkildə həyata keçirildi.
Heydər Əliyevin səyləri ilə beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi, Ermənistanın işğalçılıq siyasəti pisləndi, bu istiqamətdə qətnamələr və bəyanatlar qəbul olundu.
Dahi Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, Prezident seçilməsi Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ oldu. Bu gün həmin mərhələni cənab İlham Əliyev uğurla davam etdirir. Heydər Əliyev deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir”.

Səbinə Xasayeva
Milli Məclisin deputatı

Избранный
18
sesqazeti.az

1Источники