RU

Uşaqlara telefon hansı yaşda verilməlidir?

Uşaqlar artıq günün əksər hissəsini mobil telefonlar ilə yaşayırlar. Bu vəziyyət ciddi psixoloji problemləri və təhlükəsizlik narahatlıqlarını da özü ilə gətirir.Metbuat.az xəbər verir ki, İngiltərədə 35 min şagirdi olan "Ormiston Academies Trust" təhsil mərkəzi 42 məktəbində mobil telefonları qadağan edəcəyini elan edib. Səbəb kimi telefonların uşaqlar üçün ciddi psixoloji problem olması göstərilir. Mobil telefonların öyrənmə çətinliyi, diqqət yayınması kimi bir çox problemə səbəb olduğu vurğulanır.Hətta artıq elə bir vəziyyət yaranıb ki, mobil telefonlarla böyüyən uşaqlar üçün mövzunu öyrənməyin yeganə yolu "Instagram" qısa videolarından keçir. Bu formata alışmış uşaqlar üçün dərs kitabları, tədris materialları və ya dilin inkişafı üçün oxunmalı olan kitablar böyük bir əziyyətə çevrilib. Uşaqlar oxumaq anlayışını tamamilə rədd etmə səviyyəsinə gəliblər. Onlar bir mövzunu öyrənmək üçün qısa videolu məzmun tələb edirlər.Bundan əlavə, daim toxunma ekranlı mobil telefonlardan istifadə etdikləri üçün normal iş tətbiqlərinə və vacib tələblərə uyğunlaşa bilmirlər. Məsələn, kompüterdə siçan istifadə edərkən sağ düymənin funksiyalarını anlamırlar. "Instagram" və "TikTok" kimi şəbəkələrdə izlədikləri videolardan təsirlənərək həsəd, ümidsizlik, qəzəb kimi mənfi duyğulara qapılaraq depressiyada yaşayırlar.Tədqiqatlar göstərir ki, "Instagram Reels" və "TikTok" kimi sürətli məzmunlara davamlı məruz qalmaq insanları daha yüksək səviyyəli həyəcan axtarmağa vadar edə bilər ki, bu da davamlı diqqət tələb edən fəaliyyətlərdə iştiraka mane ola bilər.Uşaqlar "TikTok"suz yaşaya bilmirlərSon araşdırmalar göstərir ki, uşaqlar çox erkən yaşlardan telefon istifadə etməyə başlayırlar. Artıq beş və yeddi yaş arasındakı uşaqların dörddə biri ağıllı telefona sahibdir.ABŞ-də bir uşağın ilk telefonunu alma yaşı ortalama 11.6-dır. 10.7 ilə 12.5 yaş arasında telefon sahibliyi sürətlə artır. Ağıllı telefon sahibi olmayan uşaqlar belə tez-tez valideynlərinə məxsus planşet kimi cihazlardan mütəmadi istifadə edirlər."Ofcom" tərəfindən yayımlanan hesabatda göstərilir ki, üç-dörd yaş arasındakı uşaqların 90%-i internetdən istifadə edir. Onların 84%-i bunu "YouTube"da video izləmək üçün edir.Beyin 6 yaşına qədər təsirlərə qarşı həssasdırMüasir araşdırmalar göstərir ki, altı yaş uşaqların inkişafı üçün kritik bir dövr ola bilər və bu yaşdan əvvəl uşaqlara smartfon kimi ağıllı cihazları vermək tövsiyə edilmir. Altı yaşına qədər uşaqlar ünsiyyət bacarıqlarını inkişaf etdirirlər və bu bacarıqlar üz-üzə qarşılıqlı əlaqə ilə daha yaxşı öyrənilir.Araşdırmalar göstərir ki, beynin boz maddəsi və beyin hüceyrələrinin sayı 6 yaşdan əvvəl zirvəyə çatır.Buna görə Kanada Pediatriya Cəmiyyəti (CPS) iki yaşından kiçik uşaqların heç bir ekrana məruz qalmamasını, beş yaşdan kiçik uşaqların isə gündə bir saatdan az ekran qarşısında vaxt keçirməsini tövsiyə edir.Texnoloji dünya liderləri uşaqlarına telefon vermirlər"Microsoft"un qurucusu Bill Qeyts uşaqlarına 14 yaşına qədər ağıllı telefon istifadə etməyə icazə vermədiyini bildirib.

Alimlər telefonların uşaqlara nəzarət altında təqdim edilməsini və onların oyun və ya əyləncə vasitəsindən çox, ünsiyyət vasitəsi kimi istifadə edilməsini tövsiyə edirlər. Uşaqların həyatını telefonla yaşamalarının qarşısını almaq vacibdir. Bir uşağın telefonu olmadan kitabxananı kəşf etməsi, yolunu tapması, dostları ilə sosial əlaqələr quraraq oynaması, şəkil çəkməsi, yazı yazması, ailəsi ilə ünsiyyət qurması və kitab oxuması vacibdir.

Избранный
8
metbuat.az

1Источники