RU

Azərbaycan nümayəndələrini AŞPA-da görmək istəməyənləri Azərbaycanda görmək kimi bir niyyətimiz yoxdur - XİN

Bakı. Trend:

Azərbaycan nümayəndələrini AŞPA-da görmək istəməyən parlamentüzvlərini Azərbaycanda görmək kimi bir niyyətimiz yoxdur.

Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi AyxanHacızadənin Litva Respublikasının xarici işlər naziri QabrieliusLandsberqisin Avropa Şurası Parlament Assambleyasında Azərbaycanəleyhinə səsləndirdiyi fikirlərə dair şərhində deyilir.

"AŞPA daxilində Azərbaycana qarşı son illər, xüsusilə dəərazilərimizin Ermənistan işğalından azad edilməsindən sonraqərəzli yanaşmalar, ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənənmövqeyinə kölgə salınmağa yönəlmiş cəhddir. AŞPA-da təmsilçilikAzərbaycanın haqqıdır və bu haqqın qeyd-şərt olmadan təmin edilməsizəruridir.

Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri barədə məsələyəsəs verdiklərinə görə Avropa Şurası Parlament Assambleyasıdeputatlarının Azərbaycana girişinə qoyulan qadağa ilə bağlıfikirlərə gəldikdə qeyd edək ki, bu qərar AzərbaycanRespublikasının qanunvericiliyi əsasında suveren hüququmuzçərçivəsində atılıb və bu tədbir bir çox ölkələrin, o cümlədənAvropa Şurası üzv dövlətlərinin mövcud təcrübəsinə uyğundur.Azərbaycan nümayəndələrini AŞPA-da görmək istəməyən parlamentüzvlərini Azərbaycanda görmək kimi bir niyyətimiz və öhdəliyimizyoxdur", - deyə A.Hacızadə bildirib.

Məqalədə:
Избранный
34
1
az.trend.az

2Источники