RU

Rusiya öz vətəndaşlarını təl-Əvivdən çıxmağa çağırıb

Rusiya öz vətəndaşlarını imkan daxilində İsraili tərk etməyə çağırıb. Bu barədə Rusiyanın  Təl-Əvivdəki səfiri Anatoli Viktorov deyib. 

O qeyd edib ki, bir neçə aviaşirkət müntəzəm uçuşlar həyata keçirir. Viktorovun sözlərinə görə, Rusiya hökuməti İsrailə səfər etməmək tövsiyəsini gücləndirib.

Oktyabrın 1-də İran İsrailə raket zərbələri endirməyə başlayıb. Müxtəlif KİV-lərin məlumatına görə, hücumlar bir neçə dalğada həyata keçirilib və birinci dalğada ən azı yüz raket qeydə alınıb. Sosial şəbəkələrdə Təl-Əviv və Qüdsdə partlayışlar barədə xəbərlər yayılıb.

Oktyabrın 2-də İran prezidenti Məsud Pezeşkian İsraili ölkəyə raket hücumundan sonra mümkün cavab zərbəsinə "daha ​​güclü və sərt” cavab verəcəyi ilə hədələyib.

İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib ki, İran öz hava məkanını İsrailə verən istənilən ölkəni düşmən hesab edəcək. 
 
Aytac 

www.anews.az
Избранный
26
anews.az

1Источники