RU

Adil Kərimli Ağcabədidə 5 rayonun sakinləri ilə görüşəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il oktyabrın 30-da saat 10:00-da Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyində (ünvan: Üzeyir Hacıbəyli prospekti, 91) Ağcabədi, Ağdam, Bərdə,Tərtər, Laçın rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vətəndaşlar 2024-cü il oktyabrın 24-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Избранный
7
5
axar.az

8Источники