RU

Hakan Fidan: TDT çərçivəsində ümumi hədəflərə doğru addımlar atılır

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində iqtisadiyyatdan təhlükəsizliyə, müdafiədən enerjiyə qədər bütün sahələrdə ortaq hədəflərə doğru əmin addımlar atılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “X” sosial şəbəkəsində yazıb.

“Oktyabrın 3-də Türk Dövlətlərinin Əməkdaşlıq Gününü və Türk Dövlətləri Təşkilatının əsas sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümünü qürurla qeyd edirik”.

XİN başçısı TDT-nin türk dünyası üçün daha güclü və müstəqil gələcək qurmağa kömək edəcəyinə ümidvar olduğunu bildirib.

“Ümid edirəm ki, uğurlarımız daimi olacaq”, - o vurğulayıb.

Избранный
13
5
operativmm.az

6Источники