Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində iqtisadiyyatdan təhlükəsizliyə, müdafiədən enerjiyə qədər bütün sahələrdə ortaq hədəflərə doğru əmin addımlar atılır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “X” sosial şəbəkəsində yazıb.
“Oktyabrın 3-də Türk Dövlətlərinin Əməkdaşlıq Gününü və Türk Dövlətləri Təşkilatının əsas sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümünü qürurla qeyd edirik”.
XİN başçısı TDT-nin türk dünyası üçün daha güclü və müstəqil gələcək qurmağa kömək edəcəyinə ümidvar olduğunu bildirib.
“Ümid edirəm ki, uğurlarımız daimi olacaq”, - o vurğulayıb.