RU

Şimali Koreya “varlılar üçün kurort” açır

“Şimali Koreya Benidormu” adlandırılan nəhəng Vonsan-Kalma kurortu (İspaniyanın Benidorm kurortuna bənzədilib-red.) açılışa hazırlanıb, Lakin onun populyarlıq qazanacağına ciddi şübhələr var.

Bu barədə Daily Mirror məlumat yayıb.

Qeyd edilib ki, layihə zəngin turistləri cəlb etmək ümidi ilə hazırlanıb.  Kurortun tikintisinə 2018-ci ildə Vonsandakı keçmiş raket meydançasının yerində başlanılıb. Pandemiya səbəbindən iş dayandırılmalı olub.

İndi səlahiyyətlilər kurortun tikintisini başa çatdırmaq üçün yeni səylər göstərməyə başlayıblar. Onun açılışı may ayında gözlənilir. Bununla belə, Pxenyanın qətiyyətinə baxmayaraq, ekspertlər Vonsan-Kalmın perspektivlərindən narahatdırlar. Fakt budur ki, belə bir gözəl məkanda istirahət etmək istəyənləri yeni kurorta cəlb etmək o qədər də asan olmayacaq.

Tural

Избранный
31
news365.az

1Источники