Sergen Yalçın Almaniyadan ona təklif gəlməsi haqqında yayılan xəbərləri təsdiq etdi.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis Bundesliqa II təmsilçisi "Şalke 04"ün rəhbərliyinin onu baş məşqçi postuna dəvət etdiklərinin doğru olduğunu bildirib. Bu barədə "Kafa Sports" youtube kanalına açıqlama verib.

"Belə bir istəkləri var idi. Amma hazırda məşqçilik etməyi düşünmürəm. Burda rahatam. Qış da gəldi. Studiya gözəl, geyimlərimiz gözəl, rənglər gözəl, söhbət gözəl, otur tənqid elə"

Qeyd edək ki, çalışdırıcının son klubu "Antalyaspor" olub. Komanda onun rəhbərliyi altında meydana çıxdığı 23 matçda 7 qələbə, 7 bərabərlik və 9 məğlubiyyətlə üzləşib.