RU

Niyə qadınlar kasıb kişiləri sevmir? - Psixoloqun İZAHI

“Qadın instinktiv olaraq daha varlı kişi seçir”.

Qaziler.az xəbər verir ki, bu fikirləri psixoloq Valeriya Bazarova “Beşinci Kanal”la paylaşıb. Onun sözlərinə görə, cütlüklərin münasibətlərində əksəriyyət beynin təxminən 10 milyon il yaşı olan sürünən və limbik hissələrindən gələn siqnallara əsaslanır.

Psixoloq qeyd edib ki, etiologiya nöqteyi-nəzərindən qadının seçimi həmişə gücü, qüvvəsi qida əldə etmək qabiliyyəti ilə ölçülən ən güclü alfa kişiyə düşür.

“Qadın ocağın qorunması üçün mamont və pələngləri məğlub edə bilən kişini seçməyə üstünlük verirdi. Hörmət və ehtiram əlaməti olaraq qadın ailəsinin davamını onunla davam etdirirdi. Beləliklə, kişiyə olan məhəbbət və tələbat bilavasitə qida istehsalının keyfiyyəti ilə bağlı idi”, - Bazarova vurğulayıb.

O, əlavə edib ki, qədimdə ailəsini qorumağı və ovlamaöı bacarmayan kişi zəif sayılırdı və onu nəsli davam etdirməyə layiq bilmirdilər. İndiki vaxtda mamont ovlamaq lazım deyil, amma limbik sistemi daha yaxşı inkişaf etmiş, sinir sistemi daha incə və emosional olan qadın özü də fərqinə varmadan qədim instinktlərə uymağa davam edir. Buna görə də, varlı bir kişi, yaxşı bir ovçu olaraq, qadına özünü təhlükəsiz hiss etməyə imkan verir, amma kasıb kişi isə yox, deyə  psixoloq belə qənaətə gəlib.

QAZİLER.AZ

Избранный
8
qaziler.az

1Источники