RU

Fransada qarğanın hücumuna məruz qalan qadın yaralanıb

Fransada qarğa qadına öz bağında hücum edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, xəsarət alan 87 yaşlı qadın xəstəxanaya aparılıb. Dəqiqələrlə davam edən hücumda yaşlı qadının qolları və biləkləri ciddi xəsarət alıb. Xəstəxanaya aparılan qadının vətərlərindəki xəsarətlərin onun iki barmağını itirməsinə səbəb ola biləcəyi bildirilib.

Qeyd edək ki, Aveyronda çoxalmağa yararlı 850 cüt quş var və hər il bu quşlardan 500 bala doğulur.

Избранный
6
sia.az

1Источники