Smartfon dünyasının nəhəng adı olan “Apple” artıq “iPhone 17” seriyası üzərində işləməyə başlayıb.

İndex.az xəbər verir ki, ən son məlumatlar “iPhone 17 Pro”da əhəmiyyətli dəyişikliklərə işarə edir.

Ancaq yeni bir iddiaya görə, “Apple” “iPhone 17 Pro” modelləri üçün başqa bir düymə dəyişikliyi üzərində işləyir.

“Majin Bu” tərəfindən yayılan məlumata görə, “Apple” səs səviyyəsinə nəzarət düymələri və fəaliyyət düyməsini bir düymə ilə əvəz etməyi planlaşdırır.

Bildirilir ki, bu yeni düymə həm səs səviyyəsinə nəzarət, həm də zəng melodiyası kimi digər funksiyalar üçün istifadə edilə bilər.

Hazırda düymənin dəqiq necə işləyəcəyi barədə dəqiq məlumat yoxdur,