RU

Beynəlxalq konfrans iştirakçıları və diplomatlar Ağdərənin Sırxavənd kəndindəki kütləvi məzarlığa baxış keçiriblər - FOTO

“İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusundakı beynəlxalq konfransın iştirakçıları Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə birgə Ağdərə rayonunun Sırxavənd kəndində aşkarlanmış kütləvi məzarlığa baxış keçiriblər.

APA-nın yerli bürosunun xəbərinə görə, kütləvi məzarlıqda Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid meyit qalıqlarının aşkar edildiyi qeyd olunub.

Bildirilib ki, bir ay ərzində burada qazıntı işləri aparılıb. 6 nöqtədə axtarış işləri aparılaraq insan sümüklərinin qalıqları aşkarlanıb. Ərazidə digər insan qalıqlarının olması da ehtimal edilir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) İşçi Qrupun üzvü Zaur İsmayılov jurnalistlərə açıqlamasında qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə Ağdərə rayonu ərazisində qızğın döyüşlər gedib, həmin döyüşlərdə xeyli hərbçimiz həlak olub. Həlak olan hərbçilərin əksəriyyətinin nəşlərini döyüş meydanından çıxarmaq mümkün olmayıb. Onlar itkin kimi Dövlət Komissiyasında qeydiyyata alınıb”.

Onun sözlərinə görə, şahidlərin ifadələrində burada içərisində beş hərbçi və bir tibb bacısının olduğu hərbi yük maşını vurulub: “Həmin yerdə də bu qalıqlar aşkarlanıb. Ehtimal olunur ki, qalıqlar həmin adamlara məxsusdur. Burada hərbi maşının qalıqları da aşkarlanıb. Bu ərazidə ümumilikdə 4 kütləvi və iki fərdi məzarlıq aşakarlanıb”.

Qeyd edək ki, oktyabrın 2-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda növbəti beynəlxalq konfrans təşkil olunub.

Beynəlxalq Beynəlxalq Beynəlxalq Beynəlxalq Beynəlxalq Beynəlxalq Beynəlxalq
Избранный
4
6
apa.az

10Источники