“iPhone” istifadəçiləri səbirsizliklə gözlədikləri “iOS 18” yeniləməsini nəhayət əldə etdilər.

İndex.az xəbər verir ki, bir çox rəylər “iOS 18” yeniləməsindən sonra bəzi batareya problemlərinin olduğunu göstərir.

Belə ki, bəzi “iPhone” istifadəçiləri “iOS 18” yeniləməsini quraşdırdıqdan sonra cihazlarının batareyasının ömründə qəfil azalma yaşadıqlarını bildirirlər.

Xüsusilə, yeni yeniləməni quraşdıran istifadəçilər bir saat ərzində batareya faizinin 20%-dən 30%-ə qədər azaldığını qeyd ediblər.