RU

Azərbaycanın Elm və Təhsil Nazirliyi COP29 ilə bağlı tədbirlər planı hazırlayıb

Azərbaycanın Elm və Təhsil Nazirliyi COP29 ilə bağlı tədbirlər planı hazırlayıb.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov ADA Universitetində keçirilən "İqlim dəyişmələrində ali təhsilin rolu: iqlim dəyişmələri üzrə Azərbaycan universitetləri şəbəkəsinin yaradılması yolunda" adlı tədbirdə deyib.

"Ekoloji şüuru orta və ali təhsil müəssisələrinin səviyyəsində formalaşdırmaq lazımdır. İnsan kapitalının ali təhsildəki mühüm rolunu nəzərə alaraq, iqlim maarifləndirməsi sahəsində təhsil proqramlarının müstəvisini genişləndirmək olduqca vacibdir. Bu baxımdan, Azərbaycanın Elm və Təhsil Nazirliyi COP29 ilə bağlı tədbirlər planı hazırlayıb", - o vurğulayıb.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
4
3
olaylar.az

4Источники