AZ

Azərbaycanın Elm və Təhsil Nazirliyi COP29 ilə bağlı tədbirlər planı hazırlayıb

Bakı. Trend:

Azərbaycanın Elm və Təhsil Nazirliyi COP29 ilə bağlı tədbirlərplanı hazırlayıb.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikasının elm və təhsil nazirinin müaviniFirudin Qurbanov ADA Universitetində keçirilən “İqlimdəyişmələrində ali təhsilin rolu: iqlim dəyişmələri üzrə Azərbaycanuniversitetləri şəbəkəsinin yaradılması yolunda” adlı tədbirdədeyib.

"Ekoloji şüuru orta və ali təhsil müəssisələrinin səviyyəsindəformalaşdırmaq lazımdır. İnsan kapitalının ali təhsildəki mühümrolunu nəzərə alaraq, iqlim maarifləndirməsi sahəsində təhsilproqramlarının müstəvisini genişləndirmək olduqca vacibdir. Bubaxımdan, Azərbaycanın Elm və Təhsil Nazirliyi COP29 ilə bağlıtədbirlər planı hazırlayıb", - o vurğulayıb.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Seçilən
16
3
az.trend.az

4Mənbələr