RU

Azərbaycanda yeni zəfəranlı məhsullar istehsal ediləcək

Azərbaycanın ən böyük zəfəran istehsalçısı olan “Absheron Saffron Ltd” MMC yeni məhsullar – zəfəranlı şokolad, üz, saç və qida üçün zəfəran yağları, zəfəran sirkəsi, zəfəranlı dəniz duzunun (vanna üçün) istehsalına başlamağa hazırlaşır. Artıq adıçəkilən məhsullar sınaq məqsədilə istehsal edilib. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin təsisçisi Xəlil Cəfərov deyib.

O bildirib ki, şirkət öz məhsullarını Fransaya ixrac etməyə hazırlaşır. Belə ki, Fransa Azərbaycan istehsalı olan zəfəran, zəfəran mürəbbələri (38 çeşiddə), zəfəranlı bal kremi və vanna üçün zəfəran gülü ilə maraqlanır: “Hazırda ixracla bağlı danışıqlar aparılır. Qiymət barədə konkret razılığa gəldikdən sonra ixraca başlayacağıq”.

X.Cəfərovun sözlərinə görə, artıq bir ilə yaxındır ki, zəfəran, zəfəran mürəbbələri, zəfəranlı bal kremləri və vanna üçün zəfəran gülləri Qətər və Birləşmiş Ərəb Əmirliklərində satılır. Artıq məhsullarının tanındığını deyən təsisçi həmin ölkələrə yenidən məhsul ixrac edəcəklərini söyləyib.

Избранный
11
vergiler.az

1Источники