RU

Taksi duracaqlarında niyə taksilər dayanmır? – SƏBƏBLƏR - VİDEO

Paytaxtdakı ən çox istifadə edilən küçə və prospektlərində taksilər üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən duracaqlar təşkil edilib. Lakin təşkil edilən duracaqlarda digər nəqliyyat vasitələrinin parklaması taksilərin də harda gəldi park etməsilə nəticələnir.

Avtosfer.az xəbər verir ki, “Avto FM” radiosunun sosial şəbəkə hesabında paytaxtın bəzi ərazilərində təşkil edilən taksi duracaqları ilə bağlı sujet yayımlanıb.

Heydər Əliyev adına İdman Kompleksinin qarşısındakı ərazidə taksilər üçün təşkil edilən duracaqda digər nəqliyyat vasitələri saxladığına görə taksi sürücüləri onlar üçün yaradılan şəraitdən istifadə edə bilmirlər.

Tbilisi prospektində təşkil edilən taksi duracağında isə ümumiyyətlə heç bir avtomobil parklamır. Bu prospektlə İzmir küçəsinin kəsişməsində təşkil edilən taksi duracağındakı vəziyyət isə Heydər Əliyev adına İdman Kompleksinin qarşısındakı duracaqla eynidir. Digər nəqliyyat vasitələri ayrılan ərazini zəbt elədiyi üçün tasksilər duracağa yaxınlaşa bilmir.

Həmin sujeti sizə təqdim edirik:

Səfər

Избранный
19
avtosfer.az

1Источники