RU

Logistika şirkəti zərərdən mənfəətə keçib

“Samay Co LTD”yə yaxın olan logistika şirkəti “Səmayə Logistic” Məhdud Məsuliyyətli Cəmiyyəti keçən ili 76 min manat xalis mənfəət əldə edib. Halbuki, 2022-ci ili 367 min manat zərər etmişdi.

Banker.az xəbər verir ki, bu, şirkətin 31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə maliyyə hesabatında qeyd edilir.

Hesabat dövründə 580 min manat gəlir əldə edib. Bu, öncəki dövrdə 405 min manat idi. Bu da 42% artım deməkdir.

“Səmayə Logistic” MMC 2021-ci ildə təsis edilib və hazırda 1 136 000 manat nizamnamə kapitalı var. Şirkət isə son illərdə zərər etdiyindən balansında 625 min manat yığılmış zərər vardı. Cari ilin əvvəlinə bu rəqəm 570 min manata düşüb.

Избранный
3
25
banker.az

10Источники