RU

Məşhur fenomen video çəkdirərkən metronun pilləkənlərindən yıxılaraq ölüb






Rusiyanın məşhur internet fenomeni Arina Qluzanova Gürcüstanın paytaxtı Tbilisidə metronun pilləkənlərindən yıxılaraq ölüb.
27 yaşlı Qluzanovanın video çəkdirmək istəyərkən yıxıldığı öyrənilib.

TikTok-da yayımladığı videolarla tanınan gənc qadının iki rəfiqəsini lentə alarkən səhv addım ataraq pilləkənlərdən yuvarlandığı öyrənilib.

Həmin vaxt lentə alındığı üçün gənc qızın qışqırtısı və yıxılma anı da videoya çəkilib.

Qorxunc anın videosu daha sonra Qluzanovanın TikTok hesabında yayımlanıb.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlsə də, gənc qadının həyatını itirdiyi anlaşılıb.

İO Fondunun əldə etdiyi məlumatlara görə, selfi və ya video çəkdirərkən ölənlərin sayı 400-ü ötüb. Bu şəkildə ölənlərin hər 3-dən 1-i səyahət zamanı ölür və əksəriyyəti turistdir. Orta yaş 24-dür. Ən çox ölüm səbəbləri hündürlükdən yıxılma, nəqliyyat vasitələri ilə qəzalar və suda boğulma olub. Məsələn, İspaniyada Krım-Konqo Qanamalı Atəşindən (KKKA) daha çox insan selfi çəkərək ölüb. Selfie zamanı ən çox ölən ölkələr ABŞ, Kolumbiya, Rusiya, Hindistan, Malayziya və İndoneziya olub.

aia.az
Tərcümə şöbəsi



Избранный
13
aia.az

1Источники