“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo UEFA Avropa Liqasında “Tvente” ilə oyun öncəsi açıqlama verib.

İndex.az xəbər verir ki, Joze Mourinyo “Tvente” ilə bu gün keçiriləcək oyunla bağlı çox yaxşı komandaya qarşı oynayacaqlarını ifadə edib.

“Rəqibimizin güclü tərəflərinin komanda işi olduğunu deyə bilərəm. Mən qalib olmağı xoşlayıram, uduzmağı sevmirəm. Hollandiya komandaları həmişə sərt və mütəşəkkildir”, – Mourinyo bildirib.

Portuqaliyalı məşqçi “Fənərbağça”nı seçməsi ilə bağlı suala isə belə cavab verib: “Çalışdığım digər klubları buradan yüksək platforma kimi ayırmazdım. Hər klubun məqsədləri var. Kluba gələndə onların layihələrini qəbul edirsən. “Real Madrid”lə İspaniyanı qazanmaqla, “Fənərbaxça” ilə Türkiyədə çempion olmaq arasında heç bir fərq yoxdur. Türkiyə futbolunda hələ də öyrənməyə çalışdığım şeylər var. Buraya gəlmək qərarına görə peşman deyiləm”.

Mourinyo 20 il əvvəl olduğu kimi hələ də eyni uğur aclığının olduğunu bildirib: “Fənərbaxça ambisiyaları olan bir klubdur, amma burada hədəflərinizə çatmaq üçün vəziyyət çox çətindir. Türk xalqı nə demək istədiyimi başa düşür. Mən hələ də eyni cür hiss edirəm, hələ də sarı vərəqə alıram. Görünüşümdən başqa çox şey dəyişməyib”.