RU

Tim Kuk 50 milyon dollar dəyərində "Apple" səhmlərini satdı

"Apple" şirkətinin baş direktoru Tim Kuk 50 milyon dollardan çox səhm satıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "MacRumors" portalı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) hesabatına istinadən xəbər verir.

Məlumata görə o, "Apple"ın 223 986 səhmini satıb və bu ona 50 276 076 dollar qazandırıb. Bu səhmlər Tim Kuka "S&P 500" indeksindəki digər şirkətlərlə müqayisədə "Apple"ın yüksək performansına görə verilən mükafatın bir hissəsidir.

Bu ilin əvvəlində Kuk "Apple"ın 3 milyondan çox səhminə sahib idi. Onun dövriyyədə olan səhmləri 500 milyon dollardan çox qiymətləndirilir.

Избранный
18
iqtisadiyyat.az

1Источники