RU

Bakıdan qayıdan müğənninin qızı yoxa çıxdı

Məşhur rusiyalı müğənni Lyubov Uspenskayanın qızı Tatyana Plaksina yoxa çıxıb.
BUTA.TV xəbər verir ki, bu baradə Uspenskayanın mətbuat katibi deyib. Onun sözlərinə görə, Plaksina təxminən bir həftə əvvəl Moskvada yoxa çıxıb. Uspenskaya və yaxınları qızın yoxa çıxmasını onun Luqansk və Donetskə səfəri ilə bağlı olduğunu ehtimal edir.
Müğənni özü də sosial şəbəkə hesablarından müraciət yayaraq, bildirib ki, qızı yoxa çıxdığı ərəfədə o, Bakıda qastrol səfərində olub:

“Bakıdan təzə gəlmişəm, qızım Tanya yoxa çıxıb! Mən onu tapa bilmirəm. Onun telefonları evdə qalıb, qorxuram. Qastrol səfərində idim və nə baş verdiyini bilmirəm”.

Избранный
8
3
buta.tv

4Источники