RU

Bir sıra beynəlxalq qurumlar sülhün əldə edilməsinə can atmırlar- ÖZƏL

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib ki, bu gün İran və onun proksi qüvvələri İsraillə ideoloji ədavət aparırlar:

"Bölgə geopolitik baxımından sülhü, normal dövlətlərarası münasibətləri bərpa etməyə imkan vermir. İsrailin ətrafı tamamilə onun yox olmasına çalışan qüvvələrlə əhatələnib. Bütün bunlar isə barışın əldə edilmə imkanlarını azaldır. İsrail bir neçə cəbhədə mübarizə aparır. Təkcə HƏMAS qruplaşması deyil, eyni zamanda Livanda "Hizbullah", Yəməndə isə "Husilər" və İranın dəstəklədiyi bir çox proksi qüvvələrlə qarşıdurma vəziyyətindədir. Təbii ki, İran İsraili vurmaqla rəsmi Qüdsün son dövrlə həyata keçirdiyi əməliyyatlara guya cavab verir. Əslində isə mövcud vəziyyət kökündən həll olunmur. Məsələnin tamamilə həll olunması üçün beynəlxalq təşkilatların, böyük güclərin və bir çox ölkələrin barışla bağlı səmimi mövqeyi olmalıdır. Amma Birləşmiş Millətlər Təşkilatı başda olmaqla bir sıra beynəlxalq qurumlar sülhün əldə edilməsinə can atmırlar".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
11
olaylar.az

1Источники