RU

Yetkinlik yaşına çatmayan şəxsin ölməsi faktı üzrə cinayət işi başlanıb

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 2-də Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan R.B-nin (şərti) almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırmalar nəticəsində rayonun Zabrat qəsəbəsi ərazisində yetkinlik yaşına çatmayan K.N (şərti) ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla bud nahiyəsinə xəsarət yetirilməsi nəticəsində R.B-nin müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, K.N iş üzrə şübhəli şəxs qismində tutulub.

 

Избранный
3
7
azertag.az

6Источники