RU

Müstəmləkə altında yaşamaq müstəqil qərar vermək anlayışlarını bizdən uzaqlaşdırır - Kabine Doumbia

Bakı.Trend:

Müstəmləkə altında yaşamaq, suverenlik əldə etmək və müstəqilqərar vermək anlayışlarını bizdən uzaqlaşdırır.

Trendxəbər verir ki, bu barədə “Afrikada Fransanın Neokolonializmsiyasətinə” həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı"ASRAD" Qeyri Hökumət Təşkilatı (İnkişaf YardımınınGücləndirilməsinə Həmrəylik Dəstəyi) prezidenti Kabine Doumbiadeyib.

O qeyd edib ki, belə tədbirlər vasitəsilə səsimizi müxtəlifbölgələrdə yaşayan insanların və beynəlxalq təşkilatların diqqətinəçatdırırıq.

“Dövlətin öz ərazisi üzərində öz hakimiyyətini həyata keçirməkvə tam müstəqil şəkildə qərar qəbul etmək mənasını verən suverenlikbu gün qloballaşan dünyanın mürəkkəb reallıqları ilə üz-üzə gəlir.Əsas problemlərdən biri qlobal iqtisadi sistemə müdaxilə edilərkəndövlətlərin öz siyasi muxtariyyətlərini qoruyub saxlamaqimkanlarındadır.

İqtisadi suverenlik axtarışı, şübhəsiz ki, Afrika xalqlarınınüzləşdiyi ən bahalı problemlərdən biridir. Aşağı qiymətlərlə ixracedilən Afrika xammalının daha sonra transformasiya olunaraq hədsizyuxarı qiymətlərlə yenidən satılması nümunəsi bu bunu mükəmməlşəkildə göstərir.
İqtisadi azadlığı qazanmağın dəyəri nə qədərdir?

Bugün bizim qarşımızda suverenliklə bağlı böyük çağırışlardurub. Afrika ölkələrinin azadlıq və suverenliklə bağlı səsibeynəlxalq aləmdə eşidilmir.

Bu çərçivədə Bakı Təşəbbüs Qrupu bizim səsimi beynəlxalq aləməçatdırmaq üçün uğurlu bir platformadır”,- deyə o bildirib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə“Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmişbeynəlxalq konfrans öz işinə başlayıb.

Konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun,Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve,Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasınınnümayəndələri iştirak edir.

Konfransda iştirak edən şəxslərdən biri də Fransızneo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən olan Kemi Seba adlıtanınmış aktivistdir. Kemi Séba uzun illərdir Afrikanınmüstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizəhərəkatının simvolik liderlərindən biri kimi tanınır.

Избранный
17
2
az.trend.az

3Источники