RU

7 nəfərə qarşı dələduzluq edənlərə HÖKM OXUNDU

7 nəfərə qarşı dələduzluq edən Oruc Mehdiyev, Murad Ağayev və Sənan Səlimova hökm oxunub.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.

Onlar əməllərindən peşman olduqlarını və onlara yüngül cəza verilməsini xahiş ediblər.

Məhkəmə müşavirəsindən sonra hökm oxunub. Oruc Mehdiyev 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə 7 il müddətinə, Murad Ağayev 178.2.1 və 178.2.4- cü (bir qrup şəxs tərəfindən xeyli miqdarda dələduzluq etmə) maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və dərhal məhkəmə zalında həbs edilib.

Sənan Səlimov isə 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərək dərhal məhkəmə zalında həbs edilib.

Daha öncə onlar barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmişdir.

Xatırladaq ki, Oruc Mehdiyevin vəkili Rəşad Mirmehdizadə ötən məhkəmə prosesində çıxış edib:

"Oruc Mehdiyev bir neçə dələduzluq epizodları ilə bağlı təqsirləndirilir. Şikayətçilərin bir çoxu şikayətlərini geri götürüblər. Anar Nəbiyevin epizodu ilə bağlı iş məhkəməyə gəlib. Bir məhəllədə yaşayıblar, Oruc Mehdiyev Anardan bir neçə dəfə faizə pul götürüb və qaytarıb. Anar Nəbiyev 22 dəfəyə 82 min manat pul və maşınını verdiyini ifadəsində qeyd edib. Oruc Mehdiyev barəsində 178.2- ci maddəsi ilə cəza təyin etməyinizi xahiş edirəm”.

Digər təqsirləndirilən şəxslərin vəkilləri müvəkkillərinə bəraət istəyiblər.

Zərərçəkən şəxs Anar Nəbiyev isə faizə pul verən şəxs olduğunu inkar edib:

"Mən ömür boyu kiməsə faiz verməmişəm. Kiməsə mən borc vermişəm, iş görüb pul qazanıblar və mənə də xeyirdən qazanc veriblər".

Qeyd edək ki, cinayət işində 7 nəfər şəxs zərərçəkmiş şəxs qismində tanınıb.

Selcan Zaurqızı, Bizim.Media

Избранный
9
2
bizim.media

3Источники