EN

7 nəfərə qarşı dələduzluq edənlərə HÖKM OXUNDU

7 nəfərə qarşı dələduzluq edən Oruc Mehdiyev, Murad Ağayev və Sənan Səlimova hökm oxunub.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.

Onlar əməllərindən peşman olduqlarını və onlara yüngül cəza verilməsini xahiş ediblər.

Məhkəmə müşavirəsindən sonra hökm oxunub. Oruc Mehdiyev 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə 7 il müddətinə, Murad Ağayev 178.2.1 və 178.2.4- cü (bir qrup şəxs tərəfindən xeyli miqdarda dələduzluq etmə) maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və dərhal məhkəmə zalında həbs edilib.

Sənan Səlimov isə 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərək dərhal məhkəmə zalında həbs edilib.

Daha öncə onlar barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmişdir.

Xatırladaq ki, Oruc Mehdiyevin vəkili Rəşad Mirmehdizadə ötən məhkəmə prosesində çıxış edib:

"Oruc Mehdiyev bir neçə dÉ™lÉ™duzluq epizodları ilÉ™ baÄŸlı tÉ™qsirlÉ™ndirilir. ÅžikayÉ™tçilÉ™rin bir çoxu ÅŸikayÉ™tlÉ™rini geri götürüblÉ™r. Anar NÉ™biyevin epizodu ilÉ™ baÄŸlı iÅŸ mÉ™hkÉ™mÉ™yÉ™ gÉ™lib. Bir mÉ™hÉ™llÉ™dÉ™ yaÅŸayıblar, Oruc Mehdiyev Anardan bir neçə dÉ™fÉ™ faizÉ™ pul götürüb vÉ™ qaytarıb. Anar NÉ™biyev 22 dÉ™fÉ™yÉ™ 82 min manat pul vÉ™ maşınını verdiyini ifadÉ™sindÉ™ qeyd edib. Oruc Mehdiyev barÉ™sindÉ™ 178.2- ci maddÉ™si ilÉ™ cÉ™za tÉ™yin etmÉ™yinizi xahiÅŸ edirÉ™m”.

Digər təqsirləndirilən şəxslərin vəkilləri müvəkkillərinə bəraət istəyiblər.

Zərərçəkən şəxs Anar Nəbiyev isə faizə pul verən şəxs olduğunu inkar edib:

"Mən ömür boyu kiməsə faiz verməmişəm. Kiməsə mən borc vermişəm, iş görüb pul qazanıblar və mənə də xeyirdən qazanc veriblər".

Qeyd edək ki, cinayət işində 7 nəfər şəxs zərərçəkmiş şəxs qismində tanınıb.

Selcan Zaurqızı, Bizim.Media

Chosen
10
2
bizim.media

3Sources