RU

Sürücüdən təhlükəli hərəkət: Keçiddə piyadalar dayanmasaydı... - VİDEO

Sürücünün qayda pozuntusu yolda təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 29-da, paytaxtın Dərnəgül yolunda baş verib.

Belə ki, 77-AM-630 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü keçiddə hərəkət edən yaşlı kişi ilə qadına yol verməyərək onların hərəkətini çətinləşdirib. Sürücünün dayanmayacağını görən piyadalar ona yol verərək təhlükəni özlərindən uzaqlaşdırıblar.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 330.0-cı maddəsi ilə 50 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Könül Rauf

Избранный
6
avtosfer.az

1Источники