RU

İsrail İrana sərt cavab verəcək

İsrail Təhlükəsizlik Kabineti ABŞ-la koordinasiyadan sonra İranın raket hücumlarına “sərt cavab” vermək qərarına gəlib.

Turkustan.az xəbər verir ki, İsrail mərkəzli Kanal 12 televiziyasında yayımlanan xəbərdə dünən keçirilən Təhlükəsizlik Kabinetinin iclasında İranın İsrailə raket hücumlarına cavabın müzakirə edildiyi bildirilib.

Xəbərdə İranın hücumuna "güclü cavab" verilməsi qərarının ABŞ rəhbərliyi ilə koordinasiyadan sonra alındığı iddia edilib.

Xəbərdə İsrailin İrandakı “strateji bölgələri” hədəf almağı planlaşdırdığı da iddia edilib.

İran İnqilab Keşikçiləri Korpusu dünən İsrailə qarşı raket hücumunun İranın “milli təhlükəsizliyini” hədəf aldığını açıqlayıb.

Hücumun HƏMAS lideri İsmayıl Haniyə, Hizbullah lideri Həsən Nəsrullah və iranlı briqada generalı Abbas Nilfuruşanın öldürüldüyü İsrail hücumlarına cavab olaraq həyata keçirildiyi bildirilib.

İran dövlət televiziyası da İsrailə 200-ə yaxın raket atıldığını və hipersəsli Fəttah-1 raketlərinin ilk dəfə istifadə edildiyini açıqlayıb.

Raketlər buraxıldıqdan sonra bütün ölkədə, xüsusən də Tel-Əvivdə sirenlər səslənib.

İsrailin baş naziri Binyamin Netanyahu verdiyi video açıqlamada İranın raket hücumu ilə "böyük səhv etdiyini və əvəzini ödəyəcəyini" deyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
8
1
turkustan.az

2Источники