RU

Gündəlik 15 manat fəhlə pulu ilə dolanmaq olar? – ASTARA SAKİNİ SOSİAL YARDIM VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR

Astara rayonu, Səlivə kənd sakini İbrahimov Bəylər Amil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, sosial yardım verilməməsindən şikayətçidir:

“Mən, İbrahimov Bəylər Amil oğlu, yazıb sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, sosial yardım üçün 2 dəfə müraciət etmişəm. Hər ikisində imtina cavabı gəlib.

Hazırda borcum çoxdur, məni polisə veriblər. Sahə rəisi deyir ki, marketin pulunu verməsən, səni məhkəməyə verərəm. Mən bilmirəm, 380 manat pulu hardan alım?!

Fəhlə işləyirəm. Gündəlik 15 manat fəhlə pulu ilə dolanmaq olar? Artıq bu əzaba dözə bilmirəm.  Bir daxmada yaşayırıq. Uşaqlarım beton üstündə yatır. Vəziyyətimlə bağlı səlahiyyətli şəxslərdən kömək istəyirəm”.

Aynurə İSMAYIL

Hurriyyet.az

Избранный
21
1
hurriyyet.az

2Источники