RU

Çinin XİN rəhbəri Vanq: Rusiya ilə birlikdə çoxqütblü dünyanın qurulmasına töhfə verəcəyik

Çinin xarici işlər naziri Vanq Yi Moskva ilə Pekin arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümü münasibətilə “Jenmin Ribao” qəzetinə yazdığı məqalədə Rusiya ilə Çin arasında münasibətlərin yüksək səviyyədə olduğunu yazıb.

Editor.az xəbər verir ki, Çin və Rusiyanın beynəlxalq ədaləti dəstəkləmək niyyətində olduğunu qeyd edən Vanq iki ölkənin müstəqillik və suverenlik məsələlərində də bir-birini dəstəkləməyə davam edəcəyini bildirib.

“75 il çox tez keçdi. Möhkəm tarixə və strateji məzmuna malik olan Çin-Rusiya münasibətləri iki dövlət başçısının rəhbərliyi altında yeni dövrdə də canlılığını davam etdirir”,- deyə o bildirib.

Rusiya-Çin münasibətlərinin tarixin ən yaxşı dövrünü yaşadığını bildirən xarici işlər naziri, böyük dəyişikliklərlə dolu olan bu dövrdə hər iki tərəfin öz fundamental maraqlarını qorumaq, bir-birlərinə köməklik etmək əzmində hər zaman bir-birini dəstəklədiyini bildirib. Onun sözlərinə görə hər iki ölkə öz milli şəraitinə uyğun inkişaf yolu tutmalı, inkişaf və dirçəlişlərini birgə həyata keçirməlidirlər.

//Gülnarə Abasova, Editor.az

Избранный
10
editor.az

1Источники