RU

Hesablama Palatası ekoloji sahədə keçirdiyi auditləri açıqlayıb

Hesablama Palatası 2024-cü il üzrə ətraf mühit sahəsində iki səmərəlilik auditi keçirir.

APA-Economics” xəbər verir ki, bunu EUROSAI-ın Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısında çıxışı zamanı hesablama palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, ətraf mühit sahəsində aparılan səmərəlilik auditlərinin mövzuları arasında “Suvarma suyundan səmərəli istifadənin qiymətləndirilməsi”ni, ““Pirşağı” çirkab sularının təmizlənməsi qurğusu” layihəsinin səmərəliliyinin qiymətləndirilməsi”ni, “Meşələrin İnkişafı Xidmətinin fəaliyyətinin səmərəlilik auditi”ni, “Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi”ni, “Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi”ni vurğulamaq olar.

“Qeyd olunanlardan son 2-si 2024-cü ilin İş Planına aiddir və yekunlaşdırıldıqdan sonra ictimaiyyətə məlumat verilməsini nəzərdə tuturuq”- Palata sədri əlavə edib.

Избранный
16
2
apa.az

3Источники