AZ

Hesablama Palatası ekoloji sahədə keçirdiyi auditləri açıqlayıb

Hesablama Palatası 2024-cü il üzrə ətraf mühit sahəsində iki səmərəlilik auditi keçirir.

FED.az xəbər verir ki, bunu EUROSAI-ın Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısında çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

    O bildirib ki, ətraf mühit sahəsində aparılan səmərəlilik auditlərinin mövzuları arasında “Suvarma suyundan səmərəli istifadənin qiymətləndirilməsi”ni, ““Pirşağı” çirkab sularının təmizlənməsi qurğusu” layihəsinin səmərəliliyinin qiymətləndirilməsi”ni, “Meşələrin İnkişafı Xidmətinin fəaliyyətinin səmərəlilik auditi”ni, “Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi”ni, “Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi”ni vurğulamaq olar.

    “Qeyd olunanlardan son 2-si 2024-cü ilin İş Planına aiddir və yekunlaşdırıldıqdan sonra ictimaiyyətə məlumat verilməsini nəzərdə tuturuq”- Palata sədri əlavə edib.

    V. Gülməmmədov həmçinin qeyd edib ki, azad olunmuş ərazilərin, bütövlükdə ekosistemin bərpası böyük resurs və zaman tələb edir.

    "İşğaldan azad olunmuş ərazilərin bərpasına 2021-2024-cü illər ərzində dövlət büdcəsindən 10 milyard dollardan artıq vəsait ayrılıb ki, bu da Hesablama Palatasının qarşısında yeni vəzifələr müəyyən edir. Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələri sırasındadır və təxminlərə görə Azərbaycanda 1,5 milyondan çox partlamamış mina və döyüş sursatı vardır. Mina təhlükəsi işğaldan azad olunmuş ərazilərdə torpaqlardan həm yaşayış, həm kənd təsərrüfatı, həm də ekosistemin bərpası məqsədilə istifadəsini mümkünsüz edib. Qeyd etdiyim 2 məsələ ilə bağlı yaxın 3 gündə daha ətraflı məlumatlar sizə təqdim ediləcək”, deyə Palata sədri əlavə edib. (Apa)

    Seçilən
    4
    2
    fed.az

    3Mənbələr