RU

Pişiklərə yem vermək üstündə qonşu qadını döydü - CƏZA

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Aygün Məmmədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Bakıvaxtı.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  
Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub. 

İttihama görə, hadisə 13 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 65 saylı binanın girişinin ikinci mərtəbəsində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Aygün Məmmədova qonşusu Günay Səmədova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə Günayın ona binanın girişində pişiklərə yemək verməsinə irad bildirməsi olub. Bu zaman Aygün həmin qızın üzərinə hücum etmək istəyib. Bu görən Günayın anası, zərərçəkmiş Nisə Səmədova (şərti) təqsirləndirilən şəxsi tutub. Sonra o, ayaq və əli ilə zərərçəkmiş şəxsin hər iki ayaq nahiyələrindən qəsdən bir neçə dəfə vuraraq ona xəsarət yetirib. 

Hadisədən sonra Aygün Məmmədova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

Избранный
12
3
bakivaxti.az

10Источники