RU

Maştağada avtomobilin vurduğu piyada hadisə yerində ölüb

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən apa-ya bildirilib ki, saat 18:40 radələrində Maştağa şosesi ərazisindən piyadanın vurulması səbəbilə çağırış daxil olub.


Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən təxminən 65-70 yaşlarında (qadın cinsli) şəxsin həkimə qədər ölüm faktı qeydə alınıb.

Bizim.Media

Избранный
9
4
bizim.media

6Источники