RU

"Hizbullah" Livanın cənubunda üç İsrail tankını məhv edib

Livanın cənubunda İsrailin üç Merkava tankı idarə olunan raketlərlə dəqiq zərbə nəticəsində məhv edilib.

Qaziler.az xəbər verir ki, bu barədə “Hizbullah”ın mətbuat xidməti məlumat yayıb. Şiə hərəkatının məlumatına görə, hərbi texnika Marun Ər-Ras kəndinə doğru gedirmiş.

“2 oktyabr saat 17:00 radələrində “İslami Müqavimət” (“Hizbullah”) döyüşçüləri Marun Ər-Ras kəndinə gedən üç Merkava tankını idarə olunan raketlərlə məhv ediblər", - bəyanatda qeyd olunub.

QAZİLER.AZ

Избранный
10
qaziler.az

1Источники