RU

Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi saya oturdu

Göyərtəsində 14 azərbaycanlının olduğu gəmi Don çayında saya oturub.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "Moskva vaxtı ilə saat 13:50-də Vanuatu bayrağı altında üzən “Florica” gəmisinin saya oturması barədə məlumat daxil olub. Gəmidə 14 Azərbaycan vətəndaşı var", - agentliyin həmsöhbəti bildirib.

Məlumata görə, gəmi Rostov-na-Dondan Samsun limanına gedirdi. Gəmini sayadan çıxarmaq üçün iki yedək gəmisi göndərilib.

Избранный
2
13
buta.tv

10Источники