AZ

Göyərtəsində 14 azərbaycanlı olan gəmi Don çayında saya oturdu

Rostov vilayətinin Azov rayonundan Türkiyənin Samsun limanına üzən gəmi Don çayında saya oturub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
 

"Moskva vaxtı ilə saat 13:50-də Vanuatu bayrağı altında üzən “Florica” gəmisinin saya oturması barədə məlumat daxil olub. Gəmidə 14 Azərbaycan vətəndaşı var", - məlumatda qeyd edilib.


Məlumata görə, gəmidəkilərdən heç biri xəsarət almayıb, naviqasiya pozulmayıb. Onu sayadan çıxarmaq üçün iki yedək gəmisi göndərilib.

Bizim.Media

Seçilən
1
15
bizim.media

10Mənbələr