RU

Livan və Fələstindən sonra İsrailin hədəfi Türkiyədir?- Fikirlər haçalanır...

Image

Ramil Hüseynov: “İsrail Suriya, İraq, İran və Türkiyə əraziləri hesabına Kürdüstanın yaranmasında maraqlıdır” 

Türkiyə də Yaxın Şərqdəki müharibəyə sürüklənə bilər. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Livandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq: “Livandan sonra İsrail gözünü Türkiyə torpaqlarına dikəcək. Bədəli nə olursa-olsun, Türkiyə İsrailin qarşısında durmağa davam edəcək”.

Ərdoğan Yaxın Şərqdəki müharibənin daha da genişlənə biləcəyi barədə xəbərdarlıq edib: “Bunun qarşısını almaq lazımdır”. Türkiyə lideri həmçinin deyib ki, İsrailin Livana hücumlarının ağır nəticələri ola bilər: “Bu barədə çox açıq xəbərdarlıq edirəm”.

Maraqlıdır, Ərdoğan “Livandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq” deyərkən nəyə işarə edir? Bu necə ola bilər?

“Fikrimcə, Ərdoğan Livandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq deyərkən bunu nəzərdə tutur”

Sözügedən məsələyə aydınlıq gətirən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin sədri Ramil Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, Ərdoğan belə sərt çıxışlarla elektoratını qorumağa çalışır. Nəzərə almaq lazımdır ki, Ərdoğanın əsas elektoratı islamçılardır. Onlar da Fələstin  və Livanda baş verənlərə olduqca həssas yanaşırlar. Ərdoğan İsrailin Türkiyəni təhdid edəcəyini deyəndə bu ölkənin öz qoşunları ilə hücum edəcəyindən söhbət getmir. Burada söhbət ondan gedir ki, Türkiyə zaman-zaman İsrailin PKK ilə əlaqələrini gündəmə gətirib. Suriyadakı kürd qruplaşmalara İsrail tərəfindən dəstək verildiyini bəyan edib. Bununla bağlı kəşfiyyat məlumatları var. Təbii ki, bütün bunlar Türkiyənin milli təhlükəsizliyini təhdid edir. Problem ondadır ki, İsrail Suriya, İraq, İran və Türkiyə əraziləri hesabına Kürdüstanın yaranmasında maraqlıdır. Fikrimcə, Ərdoğan Livandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq deyərkən bunu nəzərdə tutur. Yoxsa İsrail ordusu ilə Türkiyəyə hücum edəsi deyil ki. Nəzərə almaq lazımdır ki, Ərdoğan hakimiyyətə gələndən sonra Türkiyənin müstəqil siyasət yeritməsi İsrailin xoşuna gəlmir. Fələstin üzündən iki ölkə münasibətləri dəfələrlə kəskinləşib. Baxmayaraq ki, 1948-ci ildə İsraili ilk tanıyan müsəlman dövləti Türkiyə olub. İstənilən halda Türkiyə-İsrail münasibətlərinin kəskinləşməsi təhlükəlidir. İsrailin Qəzza və Livanda hərbi əməliyyatları genişləndirməsi isə gərginliyin daha da artmasına xidmət edir”.

Vidadi ORDAHALLI





Избранный
30
baki-xeber.com

1Источники